Tramp Ukraynaya görə NATO-ya müraciət etdi
Dünya
21.01.2025 11:24
"ABŞ-nin NATO müttəfiqləri Ukrayna ilə bağlı məsələdə üzərlərinə daha çox yük götürməli və Kiyevə yardımlarını Vaşinqtonla bərabərləşdirməlidirlər".
TodayPress xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
Amerika lideri deyib ki, ABŞ Ukraynaya yardım üçün digər NATO ölkələrindən 200 milyard dollar çox xərcləyib.
Trampın fikrincə, Ukrayna münaqişəsi Avropa ölkələrinə daha çox təsir etdiyi üçün belə fərq "gülüncdür”.
O, əlavə edib ki, münaqişə mümkün qədər tez həll olunmalıdır.
Töhfə Səməd
tag: NATO,ABŞ,Tramp,Ukrayna,Todaypress.az,