Tramp Ukraynadakı münaqişəni üç günə bitirə bilməz
Dünya
26.08.2024 09:53
"ABŞ prezidenti Donald Tramp seçkilərdə qalib gələrsə, nə müsbətə doğru dəyişikliklər gözləməyə, nə də Ukraynadakı münaqişəni üç günə bitirmək vədini yerinə yetirməyə inanmaq lazım deyil".
TodayPress xəbər verir ki, bu fikri “TASS”a danışan Rusiyanın keçmiş Baş naziri Sergey Stepaşin deyib.
Onun sözlərinə görə, bu sadəcə Qərbin illuziyasıdır.
“Ümumiyyətlə Tramp necə 3 gündə müharibəni həll edə bilər axı? Nə deyəcək? Deyəcək ki, Putin, tez qoşunlarınızı çıxarın və yaxud da Zelenski, Ukraynanı iki yerə bölək?” deyə Stepaşin bildirib.
Töhfə Səməd
tag: Tramp, ABŞ, Rusiya,Zelenski, Müharibə, Putin, todaypress.az,