Tramp Ukraynada sülhü güc yolu ilə əldə edəcək

Dünya

21.11.2024 09:26

“ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukraynadakı münaqişənin Kiyev üçün əlverişsiz şərtlərlə həllinə razı olmayacaq və güc yolu ilə sülh konsepsiyasında hərəkət edəcək”.

TodayPress “New Statesman” nəşrinə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi bildirib. 

“Donald Tramp haqqında bildiyim odur ki, o, uduzanları sevmir və uduzmaq istəmir, Amerika xalqı üçün düzgün sövdələşmə əldə etmək istəyir” deyə Lammi bildirib.

Onun sözlərinə görə, belə bir razılaşma Birləşmiş Ştatlara yeni avantajlar gətirəcək. 

 Günəş Mərd

tag: ABŞ, Tramp, Amerika, Sülh, Ukrayna, todaypress.az,