Tramp: "Ukrayna münaqişəsi başlamamalı idi"
Dünya
12.07.2024 10:48
“Ukraynada münaqişə, ümumiyyətlə, başlamamalı idi”.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp bildirib.
“Ukraynada müharibə başlasa da, sülh tez əldə olmalı idi. Bunu bacarmaq olardı” deyə Tramp əlavə edib.
Qeyd edək ki, bir müddət öncə Tramp hazırkı ABŞ prezidenti Cozef Baydenlə aralarında baş tutan teledebatdan sonra prezident seçkilərində qalib gəldiyi təqdirdə, andiçmə mərasimindən əvvəl Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail olacağını demişdi.
O, həmçinin üçüncü dünya müharibəsinin qarşısını alacağına söz verib.
Günəş Mərd
tag: Tramp, Ukrayna, ABŞ, Bayden, Sülh, Münaqişə, todaypress.az,