Tramp: “Ukrayna müharibəsini bitirmək gözlədiyimdən çətindir”
ABŞ prezidenti Donald Tramp Ukraynadakı müharibənin dayandırılması üzrə danışıqların gözlədiyindən daha çətin keçdiyini etiraf edib.
TodayPress xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Nəşrə görə, Tramp yaxın ətrafına bildirib ki, münaqişəni yekunlaşdırmaqla bağlı danışıqlar düşündüyündən daha mürəkkəbdir.
Bildirilib ki, ABŞ lideri əsas narazılığını Ukrayna prezidenti Volodimir Zelenskiyə yönəldib.
Trampın fikrincə, Zelenski Vaşinqtonun sonuncu təklifinə razılıq vermədiyinə görə danışıqlar dalana dirənib.
Məqalədə qeyd olunub ki, tərəflər arasında əsas məsələlərlə bağlı ciddi fikir ayrılıqlarının qalması Trampın “münaqişəni 24 saat ərzində bitirə bilərəm” bəyanatları ilə ziddiyyət təşkil edir.
Qiymət Mahir
tag: Tramp,ABŞ,Rusiya,Ukrayna,Todaypress.az,