Tramp Ukrayna ilə bağlı planını açıqlayacaq

Dünya

22.04.2025 11:15

5

ABŞ-nin prezidenti Donald Tramp yaxın üç gün ərzində Ukrayna müharibəsi ilə bağlı sülh planını açıqlayacağını bildirib.   

TodayPress xəbər verir ki, bu barədə “The New York Post” məlumat yayıb. 

Bildirilib ki, bu planda Avropa sülhməramlılarının Ukraynaya yerləşdirilməsi və onların ABŞ tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur. 

Məlumata görə, ABŞ sözügedən plana əsasən maliyyə dəstəyi verəcək. 

Türkan İsgəndərli

tag: Tramp,ABŞ,Ukrayna,Qərar,Todaypress.az,