Tramp Ukrayna ilə bağlı danışıqlara başlayır?
“ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp münaqişənin gərginləşməsinin getdikcə idarəolunmaz hala gəldiyindən ehtiyat etdiyi üçün bu ilin sonuna qədər Ukrayna üzrə sülh danışıqlarına başlaya bilər”.
TodayPress xəbər verir ki, bunu türkiyəli analitik Mehmet Çağatay Gülər deyib.
“Tramp vəziyyətin hər gün nəzarətdə saxlanmasının çətinləşdiyini anlayaraq ilin sonuna qədər danışıqlara başlaya bilər. Lakin qeyri-rəsmi səylərin nə dərəcədə məhsuldar olması mübahisəli olaraq qalır və sonradan həyata keçirilib-keçirilmədiyi məlum deyil” deyə politoloq bildirib.
Gülər onu da əlavə edib ki, Tramp münaqişənin hər iki tərəfində mövcud status-kvonu qəbul etməkdə israrlı olacaq.
Töhfə Səməd
tag: Tramp, Ukrayna, Münaqişə, ABŞ, Prezident, todaypress.az,