Tramp: “Uitkoff həm Kiyev, həm də Moskva ilə daim əlaqədədir”
ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında sülh danışıqları ilə bağlı xüsusi nümayəndəsi Stiven Uitkoffun həm Kiyev, həm də Moskva ilə müntəzəm əlaqə saxladığını bildirib.
TodayPress xəbər verir ki, Tramp bu fikirləri “RİA”ya açıqlamasında səsləndirib.
“Uitkoff daim müzakirələr aparır. O, hər iki ölkə ilə gözəl münasibətləri olan peşəkar diplomatdır. Düşünürəm ki, yaxşı şanslarımız var” deyə Tramp qeyd edib.
O əlavə edib ki, Vaşinqton münaqişənin həlli üçün ciddi səylər göstərir.
Qiymət Mahir
tag: ABŞ ,Donald Tramp,Rusiya ,Ukrayna ,todaypress.az,