Tramp Türkiyə səfərini niyə ləğv etdi?
Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə danışıqlarda şəxsən iştirak etməyəcəyini bildirməsindən sonra ABŞ prezidenti Donald Tramp Türkiyəyə planlaşdırdığı səfərdən imtina edib.
TodayPress xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Tramp, yalnız Vladimir Putinin şəxsən iştirak edəcəyi təqdirdə İstanbulda keçiriləcək danışıqları mənalı hesab etdiyini bildirib.
Putin iştirakdan imtina etdikdən sonra isə Tramp da səfər planından vaz keçib.
Türkan İsgəndərli
tag: Rusiya,ABŞ,İstanbul,Ukrayna,todaypress.az,