Tramp TikTok-u "xilas edəcək"
Dünya
05.09.2024 09:00
ABŞ-nin Respublikaçılar partiyasının prezidentliyə namizədi Donald Tramp seçkilərdə qalib gələrsə, TikTok-u “xilas edəcəyinə" və amerikalıların bu sosial şəbəkəyə çıxışını təmin edəcəyinə söz verib.
TodayPress xəbər verir, o, bu barədə "Truth" sosial səhifəsində bildirib.
“TikTok-u ABŞ-də saxlamaq istəyən hər kəsə müraciət edirəm. Bu platformanı sevirsinizsə, Trampa səs verin. Əgər TikTok və ya ölkəmizin təhlükəsizliyi ilə maraqlanmırsınızsa, millətimizi məhv edəcək marksistləri dəstəkləyə bilərsiniz” deyə Tramp bildirib.
O, rəqiblərinin ABŞ-də TikTok-u qadağan etmək niyyətində olduğunu da vurğulayıb.
Qeyd edək ki, Trampın TikTok hesabının hazırda təxminən 11 milyon izləyicisi var.
Xatırladaq ki, ABŞ Ədliyyə Nazirliyi TikTok-a qarşı məhkəmə iddiası qaldıraraq şirkətin 13 yaşından kiçik uşaqlardan şəxsi məlumatları valideynlərinin razılığı olmadan topladığını və bunun qanun pozuntusu olduğunu bildirib.
Amerika səlahiyyətliləri hesab edir ki, bu sosial şəbəkə qanundan yan keçərək 13 yaşdan kiçik uşaqlara hesab yaratmağa icazə verib.
Günəş Mərd
tag: ABŞ, Tramp, TikTok, Ədliyyə Nazirliyi, Sosial Şəbəkə, todaypress.az,