Tramp təyyarəsini iranlı milyarderə satıb

Dünya

29.05.2024 12:55

ABŞ-nin sabiq Prezidenti Donald Tramp məhkəmələrin yüksək xərclərinə görə təyyarələrindən birini satıb. Tramp “Cessna Citation X” təyyarəsindən 2016-cı il seçki kampaniyası zamanı tez-tez istifadə edib.

Təyyarənin dəyərinin 10 milyon dollar olduğu bildirilir. Hava layneri İran əsilli tikinti maqnatı və Trampın əsas maliyyə donoru Merdad Moayedi tərəfindən alınıb.

tag: ABŞ,Donald Tramp, Dünya xəbərləri,todaypress.az,