Tramp tərəfdarlarından qəribə aksiya – Qulaqlarını sarğı etdilər
Dünya
23.07.2024 11:00
ABŞ-də Respublikaçılar partiyasının prezidentliyə namizədi Donald Trampa qarşı sui-qəsd baş verdikdən sonra tərəfdarları ona dəstək üçün qəribə üsul seçiblər.
TodayPress xəbər verir ki, bu barədə “Time” məlumat yayıb.
Respublikaçı namizədin dəstəkçiləri qulaqlarına bint və yapışqanlı lentlər bağlayaraq, Trampa dəstək olublar. Onlar bildirib ki, bu öz namizədlərinə hörmət əlamətidir.
Respublikaçıların sözlərinə görə, bu artıq trendə çevrilib və tezliklə bütün dünyada bu dəbin şahidi olacağıq.
Xatırladaq ki, ABŞ-nin keçmiş prezidenti Donald Tramp iyulun 13-də Pensilvaniyada mitinqdə baş verən atışmadan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb. O, Respublikaçılar Partiyasının qurultayına qulağında sarğı ilə gəlib və izləyicilər tərəfindən “qəhrəman” adlandırılıb.
Töhfə Səməd
tag: Tramp, ABŞ, Aksiya, Namizədlər, Yapışqanlı Lent, todaypress.az,