Tramp tarixi hadisəni elan etdi

Dünya

08.05.2025 15:47

15

ABŞ prezidenti Donald Tramp mayın 8-nin ölkəsi və Böyük Britaniya üçün “çox böyük və həyəcanlı gün” olacağını bəyan edib. 

TodayPress xəbər verir ki. bu barədə "Reuters" məlumat yayıb.

Tramp bu fikri Böyük Britaniya ilə mümkün ticarət sazişi ilə bağlı yayılan xəbərləri şərh edərkən bildirib. O, həmçinin həmin gün Ağ Evdə mətbuat konfransı keçiriləcəyini elan edib.

Həmçinin ABŞ və Ukrayna arasında yeraltı sərvətlərə dair saziş imzalanıb. Bu razılaşma çərçivəsində Vaşinqton alüminium, qrafit, neft və təbii qaz kimi təbii ehtiyatların işlənməsi üçün investisiya layihələrinə çıxış əldə edəcək və xüsusi investisiya fondu yaradılacaq.

Türkan İsgəndərli

tag: ABŞ,Britaniya,Ukrayna,Müqavilə,todaypress.az,