Tramp: “Suriyalılar Vaşinqton və Parisdən kömək görməyəcək”
Dünya
11.12.2024 14:20
“Suriyanın hakimiyyət orqanları və sakinləri müstəqil şəkildə respublikadakı mövcud vəziyyətin öhdəsindən gəlməli olacaqlar”.
TodayPress xəbər verir ki, bunu ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp “Paris Match” jurnalına müsahibəsində deyib.
O, qeyd edib ki, hazırda dünya çoxlu böhranlar yaşayır.
"Suriyalılar isə ölkələrindəki böhranın öhdəsindən tamamilə təkbaşına gəlməli olacaqlar, çünki ABŞ və Fransa bunda iştirak etmir" deyə Tramp bildirib.
Günəş Mərd
tag: ABŞ, Donald Tramp, Suriya, Hakimiyyət ,todaypress.az,