Tramp sui-qəsd təşkil olunduğu ştatda liderdir
Respublikaçı namizəd Donald Tramp bir müddət öncə ona qarşı sui-qəsd təşkil olunduğu Pensilvaniya ştatının Butler dairəsində qalib gəlib.
TodayPress xəbər verir ki, bu barədə “NBC” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, Tramp dairədə səslərin 65,9 faizini qazanıb.
Xatırladaq ki, iyulun 13-də ABŞ-nin Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkisində namizədi Donald Trampa mitinqi zamanı atəş açılıb, siyasətçi qulağından xəsarət alıb.
Günəş Mərd
tag: Tramp, Respublikaçılar, Butler, Pensilvaniya, Mitinq, todaypress.az,