Tramp sui-qəsd cəhdinin olduğu yerdə daha bir mitinq keçirəcək
Dünya
26.07.2024 23:39
ABŞ-nin sabiq prezidenti və
prezidentliyinə namizəd Donald Tramp “Truth” sosial şəbəkəsində ona qarşı sui-qəsdin
təşkil olunduğu Batlerdə yenidən bir mitinq təşkil edəcəyini açıqlayıb.
TodayPress xəbər verir ki,
Tramp açıqlamasında tədbirin nə vaxt keçiriləcəyi ilə bağlı heç bir açıqlama
verməyib.
Qeyd edək ki, Trampa qarşı
sui-qəsd 13 iyulda baş vermişdi. Sui-qəsd nəticəsində o qulağından
yaralanmışdı.
tag: Tramp, Sui-qəsd, FTB, Namizəd, todaypress.az,