Tramp sui-qəsd cəhdindən danışdı
Dünya
16.09.2024 09:24
ABŞ-nin 45-ci prezidenti Donald Tramp sağ və təhlükəsizdir.
TodayPress "Reuters"ə istinadən xəbər verir ki, o, bu barədə özü məlumat verib.
Siyasətçi bildirib ki, insident zamanı xəsarət alan olmayıb.
"Peşman olduğum yeganə şey odur ki, sui-qəsd cəhdinə görə qolf oyununu yarımçıq dayandırmalı oldum" Respublikaçı zarafatla deyib.
Qeyd edək ki, ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa qarşı sentyabrın 15-də növbəti sui-qəsd cəhdi olub. Məlumata görə, Trampın Florida ştatındakı qolf klubunun qarşısında atışma baş verib.
Günəş Mərd
tag: ABŞ, Tramp ,Seçki ,Namizəd ,Florida ,todaypress.az,