Tramp siyasətçilərə qəzəbləndi

Dünya

12.01.2025 17:15

Donald Tramp Kaliforniya rəsmilərini Los-Anceles ətrafında meşə yanğınları ilə bağlı səriştəsizlikdə ittiham edib.

TodayPress xəbər verir ki, o, bu barədə "Truth"da yazıb.

Donald Tramp paylaşımda hazırkı administrasiyanı və Kaliforniya rəsmilərini sərt tənqid edib.

"Los-Ancelesdə yanğınlar hələ də davam edir. Bacarıqsız siyasətçilər onları söndürmək üçün bir yol tapa bilmirlər" Tramp deyib.

O, əlavə edib ki, minlərlə evlər yox olub və qalanları da tezliklə məhv olacaq.

“Hər yerdə ölüm var. Bu, ölkəmizin tarixindəki ən dəhşətli fəlakətlərdən biridir. Yanğınları söndürə bilmirlər. Bunlara nə olub?" deyə o qəzəblənib.

Töhfə Səməd

tag: Donald Tramp,Kaliforniya , Los-Anceles,Meşə,Yanğın,todaypress.az,