Tramp Səudiyyə Ərəbistanında danışıqlar aparır
ABŞ prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun iştirakı ilə Ər-Riyadda geniştərkibli danışıqlar keçirilir.
TodayPress xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Görüş Səudiyyə Ərəbistanının paytaxtındakı Əl-Yamama sarayında rəsmi qarşılama mərasimi ilə başlayıb. Tərəflər iki ölkə nümayəndə heyətlərini salamlayıblar.
ABŞ nümayəndə heyətində tanınmış iş adamı İlon Mask, “OpenA”I şirkətinin rəhbəri Sem Altman və “Nvidia”nın baş direktoru Censen Xuandır. Həmçinin, ABŞ hökumətində effektivlik təşəbbüslərinə nəzarət edən DOGE departamentinin də bu danışıqlarda təmsil olunduğu bildirilir.
Qeyd edək ki, bu, Donald Trampın prezident vəzifəsinə başladıqdan sonra ilk dövlət səfəridir. Trampın Yaxın Şərq turu çərçivəsində Qətər və Birləşmiş Ərəb Əmirliklərinə də səfəri planlaşdırılıb. Səfərin əsas məqsədi investisiya əməkdaşlığının genişləndirilməsi, təhlükəsizlik və müdafiə məsələlərinin, o cümlədən Qəzza, Yəmən və Ukraynadakı münaqişələrin müzakirəsidir.
Qiymət Mahir
tag: Donald Tramp,Səudiyyə Ərəbistanı,Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud,Ər-Riyad,todaypress.az,