Tramp seçkilərin nəticələrinə etiraz etməyi planlaşdırır

Dünya

21.10.2024 13:44

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hipotetik məğlubiyyət halında seçkinin nəticələrinə etiraz edəcək. 

TodayPress xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qanunvericilik ekspertləri qəzetə bildiriblər ki, Tramp demokratları seçici saxtakarlığında ittiham edə bilər və bu əsasda seçkilərin nəticələrini ləğv etməyə çağıra bilər. Onların sözlərinə görə, Tramp çox iddialı və inadkardır.

Töhfə Səməd

tag: Tramp,Respublikaçılar Partiyası,Demokratlar, Seçki, Nəticələr, todaypress.az,