Tramp seçkilərə müdaxilə etmək hüququ olduğunu açıqladı

Dünya

03.09.2024 09:26

ABŞ-nin 45-ci prezidenti Donald Tramp 2020-ci il seçkilərinə müdaxilə etmək hüququna malik olduğunu bəyan edib. 

TodayPress xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

ABŞ-nin 45-ci prezidenti onun prezident seçkilərinə müdaxilədə ittiham olunmasından çaşqınlıq və hiddət hissi keçirdiyini bildirib. 

Tramp bu kimi iddihamların onun amerikalılar arasında yalnız populyarlığını artırdığını vurğulayıb.

Bundan əvvəl, avqustun 28-də Tramp deyib ki, Allah onu dünyanı və Amerikanı xilas edə bilsin deyə yaradıb. Trampın fikrincə, prezident seçkilərində qalib gəlmək onun ilahi taleyini təsdiq edəcək.

Töhfə Səməd

tag: ABŞ, Tramp, Seçki, Amerikalı ,İddia, todaypress.az,