Tramp seçkidən sonrakı dövrdən danışdı
Dünya
17.09.2024 09:44
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə Rusiya və Çinlə münasibətləri yaxşılaşdıracağına söz verib.
TodayPress xəbər verir ki, bu barədə o, bloger Farok Sarmada müsahibəsində bildirib.
Tramp Moskva və Pekini düşmən hesab etmədiyini vurğulayıb. O, həmçinin Ukraynadakı münaqişəyə son qoymaq arzusunda olduğunu açıqlayıb.
Qeyd edək ki, daha əvvəl Tramp hakimiyyətə gələcəyi təqdirdə Ukrayna prezidenti Volodimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında danışıqları təşkil etmək niyyətində olduğunu bildirmişdi.
Töhfə Səməd
tag: Tramp, Rusiya ,Zelenski, Putin, Hakimiyyət ,Ukrayna, todaypress.az,