Tramp seçkidən sonra açılacaq sirrindən danışdı
Dünya
29.10.2024 10:57
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Nümayəndələr Palatasının spikeri Mayk Consonla seçkidən sonra açılacaq “kiçik sirri” bölüşüb.
TodayPress xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Xüsusilə, Trampın özü “kiçik sirrin” Konqresin aşağı palatası ilə bağlı olacağına işarə edərək, respublikaçıların Senatı problemsiz qazanacağını vurğulayıb.
Həm Tramp, həm də Conson seçki dövrünün sonuna qədər onun məzmununu açıqlamaqdan imtina ediblər.
Respublikaçı namizədin tərəfdarlarının təxminən 57 faizi hesab edir ki, o, uduzsa, “kiçik sirr” heç vaxt açıqlanmayacaq. Bu səbəbdən Trampın seçkidə qələbə qazanmasında daha da maraqlıdırlar.
Günəş Mərd
tag: Tramp, Seçki, Konqres, Conson, todaypress.az,