Tramp seçki öncəsi Harrisi qabaqlayır

Dünya

03.11.2024 10:55

Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp bütün “yelləncək ştatlar”da (“swing states”) rəqibi, ABŞ-nin vitse-prezidenti Kamala Harrisi qabaqlayır.

TodayPress xəbər verir ki, bunu "AtlasIntel"in sorğu məlumatları sübut edir. 

Sorğu göstərir ki, Tramp hər ştatda Harrisi ən azı 1 faiz qabaqlayır.

Respublikaçı namizədin ən böyük üstünlüyü Arizona - 6,8% (Tramp - 51,9%, Harris - 45,1%) və Trampın 5,5% olduğu Nevadadadır. 

Eyni zamanda, Tramp və Harrisin demək olar ki, bərabər şansları Viskonsin, Miçiqan və Pensilvaniya kimi "yelləncək ştatları"nda da özünü göstərir. Amerikanın bu regionlarında Tramp öz rəqibini müvafiq olaraq 1,3%, 1,5% və 1,7% qabaqlayır. 

Bundan əlavə, Harris öz rəqibini Corciyada 1,8%, Şimali Karolinada isə 3,6% geridə qoyur. 

Qeyd edək ki,  ABŞ-də prezident seçkiləri çərşənbə axşamı, noyabrın 5-də keçiriləcək. Seçkilərdə Demokratlar Partiyasını vitse-prezident Kamala Harris, Respublikaçılar Partiyasını isə keçmiş prezident Donald Tramp təmsil edir.

Günəş Mərd 

tag: ABŞ, Tramp, Namizəd, Prezident,Todaypress.az,