Tramp seçilsə də, ABŞ ilə Rusiya yaxınlaşa bilməyəcək

Dünya

13.08.2024 12:55

“Amerika siyasi elitası ABŞ prezidentliyinə namizəd Donald Trampın seçkilərdə qalib gələcəyi təqdirdə onun Rusiya ilə əlaqələri bərpa etmək siyasətini həyata keçirməsinə mane ola bilər”.

TodayPress xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Təhlükəsizlik Araşdırmaları Mərkəzinin aparıcı tədqiqatçısı Konstantin Bloxin deyib.

Ekspert vurğulayıb ki, Tramp Çindən fərqli olaraq Rusiyanın ABŞ-nin düşməni olmadığını düşünür. Vaşinqton isə imkanlarının məhdud olduğuna görə Rusiya ilə danışıqlar aparmalı olacaq. Bununla belə, Amerika hökumətinin yüksək rütbəli məmurları Trampa Moskva ilə münasibətləri yaxşılaşdırmağa mane ola bilər.

“Keçmiş təcrübəyə əsasən biz görürük ki, Konqresdən Trampa təzyiq olub və nəticədə Tramp Rusiya əleyhinə sanksiyalar rejimini gücləndirmək məcburiyyətində qalıb. Biz bunun tez-tez şahidi oluruq” deyə Bloxin əlavə edib.

Töhfə Səməd

tag: ABŞ, Rusiya, Tramp,Çin, Siyasət, todaypress.az,