Tramp seçilərsə, ona qarşı cinayət işlərinə xitam veriləcək
Dünya
05.11.2024 11:20
Respublikçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp prezident seçilərsə, ona qarşı qaldırılan cinayət işlərinə xitam veriləcək.
TodayPress xəbər verir ki, bu barədə “Financial Times” yazıb.
"Tramp Ağ Evdə hakimiyyəti geri alsa, Ədliyyə Departamentinə ona qarşı işlərin dayandırılması üçün təzyiq etmək üçün bir neçə yol tapacaq" deyə nəşr qeyd edib.
Nəşrin məlumatına görə, Tramp vəzifəyə gəldikdən sonra yeni baş prokuror təyin etməli olacaq.
Bundan əlavə, eks-prezidentin ABŞ Ədliyyə Departamentinin xüsusi prokuroru Cek Smiti də işdən çıxaracağı ehtimal edilir.
Günəş Mərd
tag: ABŞ, Tramp, Ağ Ev, Ədliyyə Departamenti, todaypress.az,