Tramp seçici dəstəyini itirdi

Dünya

01.08.2024 13:00

2529

ABŞ prezidentliyinə namizəd Donald Tramp seçicilərin dəstəyini itirir.

TodayPress xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb. 

Nəşr qeyd edir ki, Trampa marağın azalmasını “Truth Social” platformasının məlumatları göstərir. O, artıq üçüncü aydır ki, sözügedən sosial şəbəkədə izləyicilərini itirir. Bu isə seçkilərdə ona dəstəyin azalacağına bir işarədir.  

Bildirilir ki, izləyicilərinin Trampdan uzaqlaşması onun sərt ritorikadan uzaqlaşması ilə bağlıdır. 

Bununla belə, vəziyyəti düzəltmək hələ də mümkündür. Bunun üçün Tramp əvvəlki taktikaya qayıtmalı yəni daha iddialı açıqlamalar verməlidir.

Günəş Mərd

tag: ABŞ, Tramp, Prezident, Seçki, Dəstək, todaypress.az,