Tramp saxlanılan israilli girovların tezliklə azad ediləcəyini açıqladı

Dünya

16.01.2025 02:11

ABŞ-nın yeni seçilmiş prezidenti Donald Tramp HƏMAS-ın əlində olan israilli girovların tezliklə azad ediləcəyini bildirib.

TodayPress xəbər verir ki, bu barədə Tramp “Truth” sosial şəbəkə hesabında bildirib.

"Yaxın Şərqdəki girovlarla bağlı sövdələşməmiz var. Onlar tezliklə azad olunacaqlar" o vurğulanıb.

İsrailin dövlətə məxsus “Kan” radiosu HƏMAS-ın Qəzza razılaşmasını təsdiqlədiyini bildirib.

Məlumata görə, Qəzzadan girovların azad edilməsi yanvarın 19-da başlaya bilər.

Həmçinin çərşənbə günü İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman “TASS”-a bildirib ki, Dohada danışıqlar davam edir və İsrail tezliklə girovlarla bağlı razılaşmanın əldə olunacağına ümid edir.

Aynur TAC

tag: HƏMAS, İsrail,Qəzza, Döyüş, Razılaşma, Əsir, todaypress.az,