“Tramp sağlam düşüncəli yeganə namizəddir”

Dünya

14.09.2024 13:51

“Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp builki seçkilərdə sağlam düşüncəli yeganə insan kimi görünür”. 

TodayPress xəbər verir ki, bu barədə Federasiya Şurasının İnformasiya Siyasəti Komissiyasının rəhbəri Aleksey Puşkov “Telegram” kanalında bildirib.

“Tramp bütün qüsurlarına və insani zəifliklərinə baxmayaraq, sağlam düşüncəli namizəd kimi dayanır. Kamala Harris isə, əksinə, seçki texnologiyasının şəxsiyyətsizləşdirilmiş məhsulu kimi ortaya çıxır” deyə parlamentari yazıb.

Puşkov onu da əlavə edib ki, Harris gülüşü ilə çıxışlarının nə qədər boş, fikirlərinin isə olmadığını gizlətməyə çalışır. O, həmçinin əlavə edib ki, hər iki siyasətçi ölkənin iki əks hissəsini təmsil edir: insan və siyasi texnologiya.

Töhfə Səməd

tag: Tramp, Harris,Puşkov, Seçki, Siyasət ,todaypress.az,