Tramp: Rusiyaya zərər vermək niyyətim yoxdur
Dünya
23.01.2025 08:22
Rusiyaya zərər vermək niyyətim yoxdur.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki,
bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
O, Ukraynada nizamlanma ilə bağlı saziş imzalamağın
vaxtının çatdığını qeyd edib:
“Rusiya Ukrayna ilə bağlı razılığa gəlməsə, ABŞ Moskvanın
satdığı hər şeyə yüksək tariflər və sanksiyalar tətbiq edəcək. Ukrayna
münaqişəsini asan və ya çətin yolla bitirmək olar. Mən asan yola üstünlük
verirəm. Rusiyaya zərər vermək istəmirəm".
Tramp rus xalqını sevdiyini və Prezident Vladimir Putinlə
həmişə yaxşı münasibəti olduğunu vurğulayıb.
tag: Tramp, Amerika, Rusiya, Prezident, Saziş,todaypress.az,