Tramp: "Rusiya və Ukrayna ilə bağlı xoş xəbərlər eşidəcəyik"

Dünya

14.05.2025 17:08

8

ABŞ prezidenti Donald Tramp Qətərə səfəri zamanı yaxın günlərdə Rusiya və Ukrayna ilə bağlı xoş xəbərlərin çıxa biləcəyini bildirib.

TodayPress xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.

Amerika liderinin dediyinə görə, bu gün, sabah, bəlkə də mayın 16-da çox yaxşı xəbərlər olacaq.

"Gözləyək, görək" deyə ABŞ prezidenti ümidli çıxış edib.

Töhfə Səməd

tag: ABŞ ,Donald Tramp ,Qətər,Rusiya,Ukrayna,todaypress.az,