Tramp Rusiya-Ukrayna münaqişəsinə son qoyacağına ümid edir

Dünya

08.01.2025 05:44

1612

ABŞ-nın yeni seçilmiş prezidenti Donald Tramp ikinci mətbuat konfransını Mar-a-Laqo malikanəsində keçirib.

TodayPress xəbər verir ki, o, danışıqların uğursuzluğunda Cozef Bayden administrasiyasını günahlandıraraq altı aya Rusiya-Ukrayna münaqişəsinə son qoyacağına ümid etdiyini bildirib.

Trampın sözlərinə görə, Ukraynadakı münaqişə Baydenin Ukraynanın NATO-ya üzv ola biləcəyini deməsi səbəbilə başlayıb.

Trampın fikrincə Rusiya illərdir NATO-nun heç vaxt Ukraynanın işlərinə qarışa bilməyəcəyini deyib. Bayden isə onların ittifaqa girə bilməli olduqlarını deyib. Belə olacağı təqdirdə isə NATO-nun Rusiyanın astanasında görünmək ehtimalı baş qaldırıb. Tramp bu məsələdə Rusiyanın narahatlığını başa düşdüyünü deyib.

Tramp həmçinin Qrenlandiya və Panama kanalı üzərində nəzarəti bərqərar etmək üçün hərbi gücdən və ya iqtisadi tədbirlərdən istifadə etməyəcəyinə söz vermədiyini deyib.

tag: Cozef Bayden, Tramp, Rusiya, Ukrayna, NATO, todaypress.az,