“Tramp Rusiya iqtisadiyyatını bombalayacaq”
Dünya
11.12.2024 17:54
Rusiya lideri Vladimir Putin müharibəni dayandırmaqdan imtina edərsə, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Rusiya iqtisadiyyatını “bombalayacaq”
TodayPress xəbər verir ki, bu barədə “The Telegraph” nəşri yazıb.
Qeyd olunub ki, Kreml Zelenskinin sülh şərtlərindən imtina edəcəyi təqdirdə ABŞ-nin Ukraynaya hərbi yardımı dayandıracağına inanır.
Əgər Rusiya da bundan imtina edərsə, Vaşinqton, əksinə, Kiyevə dəstəyi artıracaq, neftin qiymətini aşağı salacaq və Rusiya iqtisadiyyatına təzyiqləri artıracaq.
Günəş Mərd
tag: Rusiya ,Vladimir Putin,ABŞ,Donald Tramp,Kreml ,Zelenski,