Tramp: "Rusiya ABŞ-nin uğursuzluğundan ruhlanaraq Ukraynaya hücum etdi"
Donald Tramp Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatlara başlaması ilə bağlı iddia irəli sürüb.
TodayPress, “TASS”a istinadən xəbər verir ki, o, bu barədə Respublikaçıların Milli Qurultayında etdiyi çıxışda deyib.
"Ukraynada baş verənlərə baxın. Bu, qoşunların (ABŞ) Əfqanıstandan fəlakətli şəkildə çıxarılması ilə başladı. Bu uğursuzluqdan ruhlanan Rusiya Ukraynanaya hücum etdi. Onlar gördülər ki, bu insanlar (indiki Amerika administrasiyası) səriştəsizdir" deyə o, bildirib.
Tramp qoşunların Əfqanıstandan çıxarılmasını ABŞ tarixində “ən böyük təhqir” adlandırıb. Onun sözlərinə görə, Ağ ev 85 milyard dollar dəyərində hərbi texnika və çoxlu Amerika əsgəri itirib.
Xatırladaq ki, Bayden 14 aprel 2021-ci ildə Əfqanıstandakı əməliyyatı dayandırmaq barədə qərarını açıqlamışdı. ABŞ bu müharibəyə 2001-ci ilin oktyabrında başlamışdı. Bu, Amerika tarixində ən uzun xaricdə baş tutan hərbi əməliyyat olub.
Töhfə Səməd
tag: ABŞ, Ukrayna, Tramp,Əfqanıstan, Tarix, todaypress.az,