Tramp Romada Zelenski ilə görüşə bilər
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə Romada mümkün görüş ehtimalını istisna etməyib.
TodayPress xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.
Roma Papası Fransiskin dəfn mərasiminə yola düşməzdən əvvəl Tramp qeyd edib ki, İtaliya paytaxtında bir çox xarici liderlərlə görüşlər planlaşdırılır.
Trampa Zelenski ilə görüş planlaşdırılıb-planlaşdırılmadığı sualı verilib.
Prezidentin cavabı "bəli, bu mümkündür” olub.
tag: ABŞ, Tramp, Zelenski, Roma,Ukrayna, todaypress.az,