Tramp qohumlarını vəzifəyə gətirdi
Dünya
13.12.2024 11:50
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Yaxın Şərq üzrə müşaviri Massad Boulos milyarder kimi şöhrət qazanmasına baxmayaraq, kiçik yük maşını satıcısı olduğu ortaya çıxıb.
TodayPress xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Nəşrin məlumatına görə, Trampın yeni müşaviri dekabrın 2-də qeyd olunan vəzifəyə təyin edilib. Daha sonra bəlli olub ki, Livan əsilli amerikalı Boulosun oğlu Trampın qızı Tiffani ilə evlidir.
Daha əvvəl isə Tramp Florida ştatının qubernatoru Ron DeSantisi ştatda boş qalan senator kürsüsünə gəlini Lara Trampı təyin etməyə məsləhət görüb.
Töhfə Səməd
tag: Tramp ,Qohum, Vəzifə, Ştat, todaypress.az,