Tramp qəzaya görə hərbi helikopterin ekipajını təqsirləndirdi
Dünya
01.02.2025 02:32
ABŞ Prezidenti Donald Tramp hesab edir ki,
yanvarın 29-da eniş etmək üçün yaxınlaşan “American Airlines” aviaşirkətinə
məxsus sərnişin təyyarəsi ilə toqquşan “Black Hawk” hərbi helikopterinin
ekipajı qəzaya görə təqsirkardır.
Todaypress xəbər verir ki, bu barədə Tramp
“Truth Social”da yazıb.
Onun fikrincə, helikopter həddindən artıq yüksək
hündürlükdə uçub və icazə verilən maksimum 60 metr hündürlüyü xeyli aşıb.
Daha əvvəl helikopterin təsdiqlənməmiş marşrut üzrə,
lazım olduğundan daha yüksəkdə uça biləcəyi ehtimalı səsləndirilmişdi.
Xatırladaq ki, Vaşinqtonda Ronald Reyqan hava limanı
yaxınlığında üç hərbçinin olduğu helikopterlə göyərtəsində 60 sərnişin və 4
ekipaj üzvü olan təyyarə toqquşub. Təyyarə və helikopterin qalıqları Potomak
çayına düşüb. Qəzadan sağ çıxan olmayıb.
tag: Tramp, Qəza, Vaşinqton, Helikopter, Reyqan, todaypress.az,