Tramp Qətərin hədiyyə etdiyi təyyarəni orduya verir
ABŞ prezidenti Donald Tramp bildirib ki, Qətər tərəfindən ona hədiyyə olunan "Boeing 747-8" təyyarəsini ABŞ Hərbi Hava Qüvvələrinə bağışlayacaq.
TodayPress xəbər verir ki, o, bu barədə "Truth Social" hesabında yazıb.
Onun sözlərinə görə, yeni prezident təyyarələri hazır olana qədər bu təyyarə müvəqqəti olaraq istifadə ediləcək.
Tramp bu hədiyyəni ABŞ-nin illərlə müdafiə etdiyi bir ölkənin jesti adlandırıb. Lakin bəzi senatorlar bu addımı tənqid ediblər. Senatda demokratların lideri Çak Şumer bunu “açıq rüşvət” adlandırıb.
Ağ Evin nümayəndəsi bildirib ki, Qətər hökuməti bu hədiyyə müqabilində heç nə tələb etmir və narahatlığa əsas yoxdur.
Türkan İsgəndərli
tag: Tramp,Qətər,Təyyarə,Boeing,todaypress.az,