Tramp qalib gəlsə, ABŞ NATO-dan çıxa bilər
Dünya
20.07.2024 18:01
“ABŞ-nin keçmiş lideri Donald Tramp prezident seçkilərində qalib gələrsə, Birləşmiş Ştatların Şimali Atlantika Alyansından çıxma ehtimalı böyük olacaq”.
TodayPress xəbər verir ki, bunu Ağ Evin keçmiş müşaviri Con Bolton deyib.
Onun fikrincə, Tramp NATO-nu nankor avropalılar dəstəsi hesab edir və onlara güvənmir.
Qeyd edək ki, bundan əvvəl ABŞ-nin keçmiş prezidenti Bill Klintonun sabiq müşaviri, Trampın prezident seçkilərində qalib gələcəyi təqdirdə NATO-nun dağılacağını bildirmişdi.
Günəş Mərd
tag: NATO, Tramp, Bayden,ABŞ,Bill Klinton, todaypress.az,