Tramp qalib gələrsə, Maskı işə götürəcək

Dünya

26.08.2024 14:40

ABŞ prezidentliyinə namizəd Donald Tramp builki seçkilərdə qalib gələcəyi təqdirdə milyarder İlon Maskı öz administrasiyasına dəvət edəcək.

TodayPress xəbər verir ki, bu barədə “NBC10 Philadelphia” telekanalı məlumat yayıb.

“Mən onu hökumətə qəbul edə bilərəm, lakin onun bu qərara münasibətinin necə olacağını bilmirəm. Ondan bəzi məsələlərdə məsləhət alına bilər” deyə Tramp bildirib.

Töhfə Səməd

tag: ABŞ, Tramp, Mask, Hökumət, Seçki, todaypress.az,