Tramp Putinlə görüşün vaxtını dəqiqləşdirmədi

Dünya

24.04.2025 11:40

4

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Səudiyyə Ərəbistanında görüşmə ehtimalından danışıb.   

TodayPress xəbər verir ki, bu barədə Tramp aprelin 23-də Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.   

Rusiya lideri ilə görüş planlarının olub-olmadığı barədə suala cavab verən Tramp “görüşəcəyik” deyə bildirib.

Səudiyyə Ərəbistanında bu görüşün baş tutub-tutmayacağına aydınlıq gətirərkən isə bunun mümkün olduğunu bildirib: 

“Mümkündür, amma çox güman ki, görüşməyəcəyik. Fikrimcə, onlarla səfərdən dərhal sonra görüşəcəyik” deyə əlavə edib. 

Qeyd edək ki, Trampın 13–16 may tarixlərində Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfəri planlaşdırılır. 

Qiymət Mahir

tag: ABŞ,Tramp,Rusiya,Putin,Todaypress.az,