Tramp Putinlə görüşə bilər
Dünya
06.11.2024 18:15
ABŞ prezidentliyinə namizəd Donald Tramp yanvarın 21-də Rusiya prezidenti Vladimir Putinlə görüşə bilər.
TodayPress xəbər verir ki, bunu Moskvadakı Amerika Universitetinin prezidenti Eduard Lozanski “Radio 1”ə müsahibəsində bildirib.
Onun fikrincə, respublikaçıların seçkilərdəki qələbəsi Trampa ona xəyanət etməyəcək yaxşı komanda seçmək imkanı verəcək.
“Yanvarın 21-də o, Vladimir Putinlə görüşəcək və onlar Ukrayna müharibəsini bitirməyə səy göstərəcəklər” Lozanski qeyd edib.
O, həmçinin əlavə edib ki, yanvarın 20-dək Tramp beynəlxalq danışıqlara girə bilməyəcək, çünki bu, ABŞ Konstitusiyası ilə qadağandır.
Günəş Mərd
tag: ABŞ, Tramp, Putin, Moskva,Eduard Lozanski, Ukrayna, todaypress.az,