Tramp: "Putinlə anlaşacağıma ümid edirəm"
Dünya
13.08.2024 09:00
ABŞ-nin keçmiş prezidenti Donald Tramp bildirib ki, bəşəriyyət üçün əsas təhlükə qlobal istiləşmə deyil, nüvə təhlükəsidir.
TodayPress xəbər verir, o, bu barədə "X" sosial şəbəkəsində İlon Maska müsahibəsində danışıb.
"Hazırkı prezident Cozef Bayden isə yeganə ekzistensial təhlükənin qlobal istiləşmə olduğuna inanır. Ən ciddi təhlükə qlobal istiləşmə yox, nüvə istiləşməsidir” deyə Tramp qeyd edib.
O, həmçinin bildirib ki, qarşıdan gələn prezident seçkilərində qalib gəlsə, yenidən Rusiya lideri Vladimir Putinlə anlaşacağına ümid edir. Onun sözlərinə görə, prezidentliyi dövründə Vladimir Putinlə çox yaxşı münasibətləri olub.
O, eyni zamanda ABŞ-nin vitse-prezidenti Kamala Harrisin hazırkı dövlət başçısı Co Baydendən də səriştəsiz olduğunu vurğulayıb.
Ukrayna və Qəzza zolağındakı qarşıdurmaların hazırkı Ağ Ev administrasiyasının yalnış siyasəti səbəbindən baş verdiyini bildirib.
Günəş Mərd
tag: Tramp, Putin, ABŞ, Kamala Harris, Qəzza, todaypress.az,