Tramp Putinin onun Ukraynaya kütləvi zərbələr endirməmək çağırışını eşidəcəyini düşünür

Dünya

25.04.2025 05:11

9

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin, Ukraynanın hərbi obyektlərinə yeni kütləvi zərbələr endirməkdən çəkinməklə bağlı çağırışına qulaq asacağına ümid edir.

TodayPress xəbər verir ki, Tramp bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Qeyd edək ki, bundan öncə Tramp, Rusiyanın Ukraynadakı hərbi obyektlərə kütləvi zərbə endirməsindən narazı olduğunu və münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib. O, zərbələrin lazım olmadığını və vaxtın da çox uğursuz olduğunudeyib.

Tramp “Gəlin sülh sazişi bağlayaq” deyərək Putini bu cür zərbələri dayandırmağa çağırıb.

tag: Tramp,Putin, ABŞ, Ukrayna, Rusiya, Ağ Ev, todaypress.az,