Tramp Putinin mövqeyinə yaxınlaşdı
ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin sülh danışıqları təklifini dəstəkləməklə ABŞ ilə Avropa İttifaqı və Ukrayna arasında yaranmış razılaşmanı sarsıdıb.
TodayPress xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Nəşrə görə, Avropa liderləri Moskvaya 30 günlük atəşkəslə bağlı ultimatum verdikdən sonra Tramp Ukraynanı Türkiyədə danışıqlara razı olmağa çağıraraq Kremlə dolayısı ilə dəstək göstərib.
“Avropalılar düşünürdü ki, Tramp onların tərəfindədir. Lakin 30 ölkənin atəşkəs tələbinə baxmayaraq, ABŞ prezidenti sonda Rusiya liderinin mövqeyini üstün tutdu” deyə məqalədə qeyd olunur.
Məqalə müəlliflərinin fikrincə, Trampdan Putinə təzyiq gözləmək real deyil və bu, Aİ ölkələrini gələcəkdə təkbaşına hərəkət etməyə məcbur edə bilər.
Qiymət Mahir
tag: Tramp ,Putin,ABŞ,Rusiya,todaypress.az,