Tramp Putinin Harrisi dəstəkləməsinə münasibət bildirdi
Dünya
06.09.2024 13:54
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Rusiya prezidenti Vladimir Putinin demokrat namizəd Kamala Harrisi dəstəkləməsi ilə bağlı sözlərinə münasibət bildirib.
TodayPress xəbər verir ki, o bu barədə Nyu-Yorkda çıxışı zamanı danışıb.
“Putin Kamala Harrisi dəstəklədi. Bilmirəm, ona zəng edib səmimi təşəkkürümü bildirməliydimmi? O, Kamalanı dəstəklədi və mən bunu necə şərh edəcəyimi anlamıram, məni təhqir edib, ya yaxşılıq edib, bilmirəm” deyə Tramp qeyd edib.
Xatırladaq ki, Vladimir Putin Şərq İqtisadi Forumu zamanı ABŞ-də keçiriləcək prezident seçkilərini şərh edib. O qeyd edib ki, Rusiya Cozef Baydeni ABŞ prezidenti kimi görməyə üstünlük verir, lakin o, yarışdan kənarlaşdığı üçün vitse-prezident Kamala Harrisi dəstəkləyir.
Günəş Mərd
tag: Nyu-York, ABŞ,Putin, Tramp, Harris, todaypress.az,