Tramp Putinin danışıqlar təklifinə dəstək verdi
ABŞ prezidenti Donald Tramp Vladimir Putinin mayın 15-də Ukrayna ilə birbaşa danışıqlara başlamaq təklifi ilə bağlı fikirlərini “TruthSocial” platformasında bölüşüb.
TodayPress xəbər verir ki, Tramp bu təşəbbüsü “Rusiya və Ukrayna üçün böyük gün” adlandıraraq, bunun “tamamilə yeni və daha yaxşı bir dünya” üçün başlanğıc ola biləcəyini bildirib.
Ağ Ev rəhbəri qeyd edib ki, hər iki tərəflə əməkdaşlığı davam etdirmək niyyətindədir.
Qiymət Mahir
tag: Tramp ,Putin,Rusiya,Ukrayna,todaypress.az,