Tramp Putini tədbir görməyə çağırdı: "Dünya gözləyir!"

Dünya

08.12.2024 15:00

"Rusiya prezidenti Vladimir Putinin Ukrayna müharibəsinin sülh yolu ilə həlli üçün hərəkətə keçməsinin vaxtı çatıb".

TodayPress xəbər verir ki, bu barədə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp "Truth Socia"l sosial şəbəkəsindəki səhifəsində yazıb. 

“Mən Vladimir Putini yaxşı tanıyıram. Onun hərəkət etmək vaxtıdır. Çin kömək edə bilər. Dünya gözləyir!" deyə o yazıb. 

Bununla belə Amerika lideri Çin hakimiyyətinin sülh yolu ilə nizamlanmanın başlanmasına konkret olaraq necə töhfə verə biləcəyini açıqlamayıb.  

Günəş Mərd 

tag: Putin,Tramp,Ukrayna,Çin,Todaypress.az,