Tramp prezident seçkilərində səs verdi
Dünya
05.11.2024 22:04
ABŞ-da Respublikaçılar
Partiyasından prezidentliyə namizəd Donald Tramp prezident seçkilərində səs
verib.
TodayPress xəbər verir ki, CNN -in yaydığı məlumata görə
Tramp Florida ştatının Palm-Biç şəhərindəki seçki məntəqəsində şəxsən səs verib.
Qeyd edək ki, bu gün
ABŞ-da növbəti seçkilər keçirilir. Seçkilərdə prezident, vitse-prezident,
Senatın üçdə biri və Konqresin Nümayəndələr Palatasının bütün üzvləri, həmçinin
11 ştatın və 2 ərazinin qubernatorları seçiləcək.
Respublikaçı namizəd Donald Tramp və ABŞ-ın hazırkı hakim
Demokrat Partiyasını təmsil edən Kamala Harris dövlət başçısı postuna
iddialıdırlar.
Tramp Amerikanın 45-ci
prezidenti olub və 2017-2021-ci illərdə vəzifədə olub. O, 2020-ci il prezident
seçkilərində Demokrat Co Baydenə məğlub olub.
Harris isə 2021-ci ilin yanvarından ABŞ-ın vitse-prezidentidir.
tag: ABŞ, Seçki, Tramp, Harris, Florida, todaypress.az,