Tramp Papa ilə bağlı suala əsəbiləşdi

Dünya

12.05.2025 09:47

11

ABŞ prezidenti Donald Tramp “ABC News” jurnalisti Marta Raddatzın yeni seçilmiş Roma Papası XIV Leonun seçilməsindəki mümkün roluna dair verdiyi sualı “qəribə və əsassız təxribat” adlandırıb. 

TodayPress xəbər verir ki, Tramp bu barədə “The Truth” sosial şəbəkəsində paylaşım edib.

Prezident bildirib ki, bu düşüncə heç bir əsas olmadan ortaya çıxıb.

Tramp eyni zamanda vurğulayıb ki, ABŞ-də keçirilən prezident seçkilərində katolik seçicilərin 54 faizi ona səs verib.

Qiymət Mahir

tag: ABŞ,Donald Tramp,Jurnalist,Sual,Roma,Vatikan,Papa, XIV Leo,Katolik,Todaypress.az,